Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Ermənistan və Türkiyə “Tramp marşrutu” çərçivəsində yeni iqtisadi və logistika imkanlarını müzakirə edib

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İstanbulda keçirilən görüşdə əməkdaşlıq perspektivlərini, o cümlədən “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində yeni iqtisadi, logistika və ticarət imkanlarını müzakirə edib.

Boyukmillet.com Ermənistan mənbələrinə istinadən xəbər verir ki, tərəflər Ermənistan və Türkiyə arasında müntəzəm təmasların vacibliyini vurğulayıb, dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

“Görüşdə Qars və Gümrü arasında dəmir yolu əlaqəsinin bərpası imkanları, eləcə də “Tramp Marşrutu” layihəsi vasitəsilə hər iki ölkə üçün yeni iqtisadi, logistika və ticarət imkanları müzakirə olunub”, – məlumatda bildirilir.

Tərəflər həmçinin bazarların şaxələndirilməsi, yeni logistika marşrutlarının formalaşdırılması və qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Check Also

Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb – YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri …