Cümə , 17 Aprel 2026
Drone Cameras

Ermənistan XİN başçısı: “Sərhəddə təhlükəsizliklə bağlı mexanizmin yaradılmasını müzakirə edirik”

“Azərbaycan və Rusiya ilə Ermənistanla sərhəddə təhlükəsizliklə bağlı mexanizmin yaradılmasını müzakirə edirik”.

Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 3-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın yaradılmasına dair razılaşmanın icrasına hazırdır: “Biz öhdəliyimizə sadiqik, müxtəlif təkliflər vermişik. Danışıqlar davam edir”.

A.Mirzoyan deyib ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müsbət təsir göstərəcək.

Check Also

TƏCİLİ! Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək – RƏSMİ

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya …