Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistan XİN-in saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.

Boyukmillet.com xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, – politoloq qeyd edib.

“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, – o əlavə edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …