Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Ermənistanda baş naziri və spikeri güllələyən şəxs Paşinyana məktub yazdı

Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də terror aktı törədən silahlı qruplaşmanın rəhbəri Nairi Unanyan baş nazir Nikol Paşinyana məktub yazıb.

Boyukmillet.com xəbər verir ki, 8 yüksək vəzifəli şəxsin ölümü ilə nəticələnən insidentin səbəbkarının hökumət rəhbərinə nələr yazdığı məlum deyil.

“Qrapark” (Meydan) qəzeti isə öz mənbələrinə istinadla xəbər verir ki, Nairi Unanyan Baş Prokurorluğun parlamentə hücumla bağlı cinayət işini yenidən açmasını alqışlayıb.

O cinayətin təşkilatçıları ilə bağlı yeni ifadə verməyə hazır olduğunu elan edib. Xatırladaq ki, Ermənistan parlamentinə hücum zamanı baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyan daxil olmaqla, 8 nəfər ölüb.

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …