Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistanda Zəngəzur xofu, yeni müharibə və böyük köç gözləntisi…

İşğalçı yarlığından təzəcə qurtulan Ermənistan tarixi yol ayrıcındadır: ya başına gələn faciələrdən düzgün nəticə çıxarıb qonşu Türkiyə və Azərbaycanla tammiqyaslı əlaqələr qurmağa – normal inkişaf qərar verməlidir, ya da ənənəvi anti-Türk siyasətinə, Türkə nifrət ideologiyasına sadiq qalaraq bölgənin “tullantı ölkəsi” (“izqoy”) statusunu daşımağa davam etməlidir – bu kursun bütün mümkün acı sonuclarını da göz altına almaqla.

Qonşu ölkənin siyasi elitasının hansı qərarı verəcəyi bir azdan bəlli olacaq. Necə deyərlər, “bu daş, bu da tərəzi”. Baş sındırmağa lüzum yox. Gerçək budur ki, Azərbaycan və Türkiyə zaman-zaman Ermənistana barışıq əli uzadıb, dinc birgəyaşayış və tərəqqinin ən sadə düsturunu təklif edib, edir: erməni xalqına yalnız fəlakətlər gətirən əsassız ərazi və saxta soyqırım iddialarından birdəfəlik imtina, qlobal güclərin əlində iki dövlətə qarşı maşa olmağa son vermək.

*****

Zəngəzuru ermənilərə kimlər və necə bağışladı? - 98 İLLİK TARİX

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında noyabrın 10-da imzalanan sənəd Türkiyənin Ermənistanla münasibətlərinə müsbət təsir edəcək”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən ATƏT XİN rəhbərlərinin 27-ci iclası zamanı etdiyi çıxışında deyib. Nazir qeyd edib ki, sözügedən anlaşma 30 illik konfliktdən sonra bölgədə sülhün bərqərar olması üçün real imkanlar açır. “Sənəd regional sabitliyə, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinə birmənalı şəkildə pozitiv təsir göstərəcək”, – deyə o əminlik ifadə edib.

Bu, əlbəttə ki, rəsmi Ankaradan İrəvana, erməni xalqına növbəti siyasi, tarixi bir jestdir. Ermənistanda isə nə yazıq ki, Qarabağdakı haqq etdiyi ağır məğlubiyyətdən sonra Türkiyə sarıdan yeni bir xof, hətta yeni müharibə təlaşı yaşanır. Guya qardaş ölkə Zəngəzurun hansısa hissəsinin ilhaqına hazırlaşır. Buna qarşılıq bəzi erməni “müdrikləri” ölkədə Rusiya hərbi bazalarının sayını artırmağı təklif edirlər.

Samvel Manukyan (@Samvel63385832) | Twitter

Samvel Manukyan

Məsələn, erməni sosioloq Samvel Manukyana görə, hazırda əsas məsələ əhalinin fiziki təhlükəsizliyini təmin etmək və qısa zamanda iqtisadi inkişafa nail olmaqdır. Amma bundan ötrü görün o, nələr təklif edir. Sitat: “Vətəndaşlarda türklərin təhdidinə qarşı təhlükəsizlik hissini bərpa etmək lazımdır. Bu isə Rusiyanın və ya KTMT-nin Ermənistanda hərbi mövcudluğunu artırmağı tələb edir. Ölkəmizdə güclü aviasiya və raket potensialı, raket əleyhinə və hava hücumundan müdafiə və elektron mübarizə sistemləri ilə  təchiz olunmuş daha bir neçə Rusiya hərbi bazası yerləşdirmək olar”.

Manukyanın fikrincə, ən vacib vəzifə isə Rusiya ilə münasibətləri sistematik şəkildə yaxşılaşdırmaq, iki ölkənin hökumətləri və siyasi elitaları arasında inamı bərpa etməkdir. İqtisadi inkişafa gəlincə, sosioloq hesab edir ki, buna yalnız Rusiya ermənilərinin kapitalının Ermənistana axını sayəsində, xüsusən də Rusiyadakı iri, yüksək texnoloji korporasiyalarla əməkdaşlıq yolu ilə nail olmaq mümkündür. “Böyük pullar olmadan əhəmiyyətli iqtisadi artım ola bilməz. Böyük pullar isə qeyri-sabit bir ölkəyə axıdılmaz” – Manukyan əlavə edib .

*****

Başqa sözlə, erməni ekspert öz xalqına yenidən bataqlığa girməyi təklif edir. Görünür, 30 ilin acı təcrübəsi, o sırada qonşu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmadan, iqtisadi blokadadan çıxmadan inkişafın mümkünsüzlüyü ermənilərə hələ də çatmayıb. Əgər Rusiyadakı erməni biznesmenlərinin maliyyə yatırımı, Rusiya texnologiyaları Ermənistanı iqtisadi-sosial bataqlıqdan çıxarmaq gücündə idisə, nədən buna 30 ildə nail olunmayıb? Nədən ölkədən böyük köçün qarşısı alınmayıb?

44 günlük müharibədə tarix yazan Azərbaycan - TƏHLİL

Yeri gəlmişkən, 44 günlük müharibənin daha da çökdürdüyü Ermənistanında yaşanan başqa bir təlaş savaşın ağır nəticəsi kimi, gözlənilən yeni köç dalğası ilə bağlıdır. Hesablamalara əsasən, hazırda azı 150 min vətəndaş Ermənistandan birdəfəlik çıxıb getmək üçün fürsət gözləyir. Hələlik bunun qarşını pandemiyaya görə sərhədlərin qapadılması alır.

Bəs sonra? Aydındır ki, ölkədə real iqtisadi sıçrayış olmasa, növbəti böyük köç qaçılmaz olacaq. İqtisadi inkişafa isə Ermənistanın quru sərhədə malik olmadığı Rusiyaya daha sıx yaxınlaşmaqla, onun hərbi bazalarının sayını artırmaqla yox, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqla çatmaq olar. Bu 2 x 2 qədər sadə bir həqiqət.

*****

“Düşünürəm ki, gec-tez – məncə, tez, nəinki gec – Rusiya Ermənistanla bağlı xarici siyasətində düzəliş edəcək. Çox ümid edirəm ki, yaxın gələcəkdə Kreml bu ölkəni öz taleyinin ümidinə buraxacaq”.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

“Yeni Müsavat”ın məlumatına görə, belə bir proqnozla rusiyalı tarixçi-analitik Oleq Kuznetsov çıxış edib.

Onun sözlərinə görə, artıq tamamən aşınmış Ermənistanı heç nə xilas edə bilməz. “Meyiti diriltməyin siyasi və ya praktiki əhəmiyyəti yoxdur. Moskva İrəvanın problemləri ilə təkbətəkdir və hazırda Cənubi Qafqazda Ermənistanı dəstəkləmək prosesinin tək sponsoru olaraq qalmaqda davam edəcək. Bu da Rusiya Federasiyası üçün yeni iqtisadi itkilərə səbəb olacaq, onun resurs potensialını zəiflədəcək”, – deyə ekspert əminliklə söyləyib.

Onun qənaətincə, Moskva iqtisadi cəhətdən çürümüş bir ölkəni – Ermənistanı dəstəkləməkdən imtina etməli olacaq, çünki Rusiyanın öz daxili iqtisadi problemlərini həll etmək üçün o qədər pulu yoxdur. “Tamamilə perspektivsiz bir siyasi və iqtisadi layihənin (forpost Ermənistan nəzərdə tutulur – red.) saxlanılması üçün hər il 1 milyard dollar ayırmağın nə mənası? Bu, o deməkdir ki, yaxın gələcəkdə Rusiya bu ölkəni öz taleyinin ümidinə buraxacaq”, – deyə tarixçi-analitik əlavə edib.

Başqa sözlə, Rusiya istənilən an Ermənistan adlı “qulpsuz çamadan”ı yerə də ata bilər…

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …