Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsulları Rusiyaya buraxılmayıb

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.

D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır.

Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə “fitosanitar problemlər”in səbəb göstərildiyini deyiblər.

Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını bildirib.

D.Qarnik vurğulayıb ki, hakimiyyət hadisəyə adekvat reaksiya verməyib və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …