Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanın birinci ombudsmanı: “Paşinyan hələ getmir, çünki hələ ən əsas vəzifəsini bitirməyib”

“Ermənistan baş naziri postunu tutan, vətəndaş Nikol Paşinyan və onun komandasının hələ də getməməsi onların daha böyük vəzifəni icra etmədiklərini göstərir”.

Boyukmillet.com musavat.com-a istinadla xəbər verir ki, bu cümlələrin müəllifi Ermənistanın birinci ombudsmanı Larisa Alaverdiyandır.

Yerli “Zerkalo” qəzeitnə müsahibə verən erməni ekspertin fikrincə, burdan söhbət Nikol Paşinyanın növbəti satqınlığından gedə bilər. “Azərbaycan mətbuatı hansısa sazişlərdən yazır. Yəqin bu, Türkiyə ilə sərhədlərin qanuniləşdirilməsini, Azərbaycana qalan ərazilərin verilməsini, Qarabağın kiçik bir hissəsində isə “mədəni muxtariyyatın” qurulmasını ehtiva edir”,-deyə Alaverdiyan bildirib.

“İkinci hədəf isə Sünikdir. Azərbaycanın Zəngəzura olan iştahı heç kimə sirr deyil… Üstəlik, onların Türkiyəyə qarşı ərazi iddiaları var”,-deyə erməni “ombudsman” söyləyib.

Larisa Alaverdiyan hərbi əsirlərin qaytarılmamasında günahın ilk növbədə Nikol Paşinyanda olduğunu deyib. “Paşinyan həmişə İlham Əljyevin əlində kozır olacaq. Kommunikasiyaların açılmasına gəlincə, bu təhlükəsizlik məsələləri də daxil olmaqla olduqca mürəkkəb prosesdir. Hələ bilmək olmaz vətəndaş Paşinyan Azərbaycanın iştahını doyurmaq üçün hansı güzəştlərə hazırdır”,-deyə o qeyd edib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …