Bazar , 12 May 2024
Drone Cameras

Ermənistanın dövlət borcu 8 mlrd ABŞ dollarına çatıb

Ermənistanın dövlət borcu 2020-ci il ərzində 647,2 mln ABŞ dolları artaraq dekabrın 31-dək 7,9685 mlrd dollara çatıb.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Maliyyə Nazirliyinin hesabatı əsasında maliyyə portalı “armbanks.am” yazıb.

Məlumata görə, borcların 7,5 mlrd ABŞ dolları hökumətin payına düşür. Bunun 5,5932 mlrd ABŞ dolları xarici dövlət borcu, 1,9153 mlrd ABŞ dolları isə daxili borc təşkil edir.

2020-ci ilin rəsmi məlumatına görə, Ermənistan əhalisinin sayı 2,959 milyon nəfərdir. Bu isə onu göstərir ki, ölkənin hər bir vətəndaşının 2 700 ABŞ dollarına yaxın borcu var

Check Also

İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. …