Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ermənistanın müdafiə naziri bölmə rəhbərlərini cəza ilə hədələyib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan hərbi bölmə rəhbərlərini vətəndaşlara xidmət keyfiyyətini yaxşılaşdırmağa və qaldırılmış məsələləri həll etməyə çağırıb. O, əks təqdirdə hərbçiləri məsuliyyətə cəlb edəcəyi ilə hədələyib.

Bu barədə “Boyukmillet.com” Ermənistan mediasına istinadən xəbər verir.

Karapetyan Müdafiə Nazirliyi bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib ki, nazirliklə bağlı hüquq və sosial sənədlərin verilməsi prosesiylə əlaqədar vətəndaşlardan çoxlu şikayət alır.

Karapetyan işi yenidən təşkil etməyi əmr edərək, bölmə rəhbərlərinə göstərişlər verib.

“Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq, qaldırılan problemləri ağlabatan müddət ərzində həll etmək. Əks təqdirdə məsuliyyətə cəlb ediləcəksinz”, – o deyib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …