Bazar , 22 Dekabr 2024
Drone Cameras

Erməni milyarder 1700 soydaşını xaricdə oxutdurur – Milli (!) milyarderlərimizə ibrət…

Məşhur iş adamı 1700 erməninin xaricdəki təhsil haqqını öz üzərinə götürüb. 
 
Boyukmillet.com bu haqda erməni mediasına istinadla yazır. 1945-ci ildə Livanda doğulmuş Vaçe Manukyan erməni diasporunun ən uğurlu biznesmenlərindən  biridir. Kiprdə və Londonda təhsil aldıqdan sonra öncə Bruney şahzadəsinin maliyyə işləri üzrə köməkçisi olur. Orada qazandğı paralar hesabına Britaniyada biznes qurur. 1990-cı illərdə Londonda “HSBC” bankının baş direktorunun məsləhətçisi olan V.Manukyan 2000-ci illərin əvvəllində isə MARS şirkətini qurur. 2002-ci ildə Londonun mərkəzində məşhur “Biq-Ben” saatının  yanındakı “Adelfi”otelinin sahibi olur.
Erməni xalqının gələcəyi üçün təhsilin vacibliyini anlayan V.Manukyan  xüsusi fond yaradır  və son illərədək 1700 gənc soydaşının xaricdə oxumasını maliyyələşdirir.  Bundan əlavə, o, ali məktəbdən sonrakı təhsilini Harvard və Kembric universitetlərində  davam etdirmək üçün Ermənistandan olan neçə-neçə tələbənin pulunu ödəyir. 
 
Müxtəlif məlumatlara görə, 1991-ci ildən bəri V.Manukyan Ermənistan iqtisadiyyatına 65 mln. dollarlıq investisiya yatırıb.  Biznesmen ən iri yatırımı İrəvanda müasir Nork-Maraş tibb mərkəzinin tikintisinə(12 mln.dollar) yatırıb.
 
Xeyriyyəçi əməllərinə görə, Vaçe Manukyan 1996-cı ildə erməni katolikosu tərəfindən Müqəddəs Maarifçi Qriqori   mükafatı ilə təltif edilib.
P.S. Azərbaycanın leqal və ya qeyri-leqal milyarderləri arasında xaricdə 1000 yox, 10 tələbə oxutduran varsa, göstərin. Bizimkilər incə sənətə üstünlük verir: neçə-neçə yarıçılpaq müğənni oxutdurur…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir