Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə Sülh səfiri təyin edilib

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə Sülh səfiri təyin edilib.

Bu barədə “Report”a platformanın mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Vitold Olejnik arasında görüş keçirilib. 

Görüşdə “Ermənistan-Azərbaycan Sülh Platforması”nın gələcək planları müzakirə olunub. Orxan Nəbiyev qonağı Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında daha ətraflı tanış edib. Öz növbəsində Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru qonağa Sülh Platforması ilə əməkdaşlığa görə öz minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platformasının Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyası ilə ümumi əməkdaşlığına dair razılıq əldə olunub. Öz növbəsində cənab Olejnik özü və sədri olduğu təşkilatın adından Platformanın fəaliyyətini dəstəklədiyini söylədi. Həmçinin qonaq bu sahədə öz imkanlarını səfərbər edəcəyini də vurğulayıb.

Görüşün sonunda həmkoordinatorlar Vitold Olejniki “Ermənistan-Azərbaycan Sülh Platforması”nın Polşa üzrə “Sülh Səfiri” elan edib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir