“Aprel ayının 26-dan etibarən hava şəraitinin sabitləşəcəyi gözlənilir”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, aprelin 24-ü gün ərzində əsən güclü külək gecə saatlarında tədricən mülayimləşəcək: “Külək aprelin 25-i gündüz saatlarında yenidən güclənəcək. Sabah ölkə ərazisində güclü külək əsəcək. Aprelin 26-sı isə gündüz saatlarından başlayaraq hava şəraitinin tədricən mülayimləşəcəyi gözlənilir”.
G.Məmmədova bildirib ki, havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir.
Check Also
Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib
Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
