Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Ermənistan Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır – TBMM Bəyanat verdi

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlardan qeyd-şərtsiz çıxmalıdır.
 
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xocalı soyqrımının 26-cı illiyi ilə bağlı yaydığı bəyanatda bildirilir.
 
Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
 
Parlamentin Xarici İşlər Komissiyasının yaydığı bəyanatda vurğulanır ki, biz ermənistanı ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına çağırırıq. Bu məsələ beynəlxalq hüquqda göstərilib.
 
Ermənistan qoşunları tərəfindən, 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə, Dağlıq Qarabağın Xocalı qəsəbəsinə təşkil edilən hücumda, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşlarının qırğınını törədib.
 
Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızı bundan 26 il əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları vəhşi hücum və qırğını hər zaman ürəyimizin ən dərinlərində hiss, bu ağrını ən içdən duyğularımızla paylaşırıq.
 
Bu qırğını törədənləri və Azərbaycan torpaqlarını illərdən bəri işğalda saxlayan Ermənistanı qəti şəkildə qınayırıq və onları bu əraziləri boşaltmağa çağırırıq”. (Mia.az)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir