Cümə , 29 Noyabr 2024
Drone Cameras

Ermənistan XİN-in yeni Qarabağ təxribatı – qondarma “DQR”in tanınmasından danışırlar…

Elşən Mustafayev: “Bu cür pozucu bəyanatlarla bağlı beynəlxalq qurumlar və münaqişənin həlli ilə bağlı vasitəçi öhdəliyi olan ölkələr kəskin mövqe ortaya qoymalıdırlar”

img

Ermənistan xarici işlər nazirinin müavini Avet Adonç yenə öz ölkəsinin ruhuna uyğun olan məsuliyyətsiz bəyanat verib. Erməni KİV-ləri bildirir ki, yeni seçilən parlamentin komissiyalarından birinin iclasında deputat Tiqran Urixanyanın sualına cavabında o bildirib ki,  Dağlıq Qarabağın müstəqilliyinin tanınması danışıqlar prosesinin gündəmində duran, masa üzərində olan mövzulardandır.

O, bildirib ki, bu cür prinsipial məsələni hər iki tərəfin etiraf etməsinin vaxtı çoxdan çatıb və bunun danışıqlar prosesinə yalnız müsbət təsiri ola bilər. Göründüyü kimi, Ermənistan rəsmiləri yenə məsuliyyətsiz bəyanatlar verməklə faktiki olaraq danışıqlar prosesinə xələl gətirirlər. Beynəlxalq təşkilatlar bu cür pozucu bəyanatlara niyə kəskin etiraz etmir?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, Ermənistan rəsmiləri bu tip bəyanatları təsadüfən səsləndirmir: “Danışıqlar prosesində bir qədər konkretlik artıb. Biz bunu həmsədrlərin son bəyanatında da gördük. Fikir versəniz görərsiniz ki, Paşinyanın rəhbərliyi ilə baş tutan inqlabdan sonra,  Ermənistanın hakim dairələri yalnız təxribatçı bəyanatlar verməklə yadda qalırlar. Prosesin başında və hamıdan çox belə məsuliyyətsiz bəyanatlar səsləndirən elə Paşinyanın özü olub. Əvvəl o formatın dəyişdirilməsi məsələsini ortaya atdı. Güya Dağlıq Qarabağdakı ermənilərin adından danışmaq hüququnun olmadığını bildirdi. Həmin məsələ ilə bağlı heç bir dairədən dəstək ala bilmədi. Əksinə, ağzının üstündən vudular və dedilər ki, bu, mümkün olan məsələ deyil. Hətta həmsədrlərin son bəyanatında bunun mümkünsüzlüyü qeyd edildi. İndi də diplomatik korpusun yüksək təmsilçisi deyir ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması  danışıqlar mövzusudur. Sırf təxribatçı bəyanatdır. Çünki Azərbaycan tərəfi dəfələrlə rəsmi şəkildə bəyan edib ki, bu məsələ müzakirə mövzusu ola bilməz. Ermənilər dalana dirəndikləri üçün belə təxribatçı bəyanatlar verir ki, “status-kvo”nu qoruya bilsinlər. Təbiidir ki, bu cür pozucu bəyanatlarla bağlı beynəlxalq qurumlar və münaqişənin həlli ilə bağlı vasitəçi öhdəliyi olan ölkələr kəskin mövqe ortaya qoymalıdırlar. Verilən bəyanatdakı məsuliyyət hər iki münaqişə tərəfinin üzərinə ortaq şəkildə qoyulmamalıdır. Konkret olaraq, Ermənistan rəsmilərinin səsləndirdiyi bu tip təxribatçı fikirlərə öz adı ilə qiymət verilməlidir. Belə mövqe səsləndirən ölkədən danışıqlar prosesində hansı konstruktivliyi gözləmək olar? Biz beynəlxalq dairələrdən bu cür məsələ ilə bağlı konkret mövqe tələb etməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir