Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ersin Tatar İlham Əliyevə təşəkkür edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olan Prezident Ersin Tatar Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü dəyərləndirib.

Prezident Ersin Tatar qeyd edib ki, tərəflər Prezidenti İlham Əliyevlə Şimali Kiprlələ Azərbaycan arasında əlaqələrin gücləndirilməsi məqsədilə tələbələrin və turistlərin sayının artırılması, gənclərin və investorların qarşılıqlı səfərlərinin artırılmasını müzakirə ediblər.

Prezident Ersin Tatar Prezidentin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri professor Dr. Hüseyn İşıqsalın Azərbaycanda keçirilən “Yeni Dünya Nizamına Doğru” adlı beynəlxalq forumda sualına cavab olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin təbliğinə dəstək verəcəyinə və türklərin mübarizəsinə hörmətlə yanaşdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident Tatar çıxışına belə davam edib:

“Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyini, qardaş dövlətlərin Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrini artırmalı olduğunu deyib.

O, Avropa İttifaqının bəzi dövlətlərlə yaxınlaşması ilə fərqli vəziyyətin yarandığını, lakin bu vəziyyətin Türk Dövlətləri Təşkilatında əlaqələrə və işlərə mane olmayacağını bildirib”.

Check Also

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi …