Bazar , 8 Fevral 2026
Drone Cameras

Ersin Tatar İznikdə Ərdoğanla görüşdü

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. 
Boyukmillet.com xəbər verir ki, Bursa vilayətinin İznik bölgəsində keçirilən 4-cü Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra keçirilən görüş təxminən 20 dəqiqə davam edib. 

Görüşdə KKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib. 

Oyunların keçirildiyi ərazidə qurulan Prezident çadırında baş tutan görüşdə Ersin Tatar Ərdoğanla yanaşı, qonaq prezidentlərlə də görüşmək imkanı əldə edib. 

Görüşlə bağlı mətbuata açıqlama verən Ersin Tatar Qırğızıstan prezidenti və oyunlarda iştirak edən dövlətlərin rəsmiləri, eləcə də Ərdoğanla görüşmək imkanı əldə etdiyini bildirib və türk dövlətləri ilə əlaqələri inkişaf etdirməyi hədəflədiklərini qeyd edib. 

Ersin Tatar Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışından və daha sonra Milli Təhlükəsizlik Şurasında qəbul edilən qərardan məmnunluğunu ifadə edib.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …