Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar səlahiyyət müddəti başa çatan Böyük Britaniyanın ali komissarı Stiven Lilli qəbul edib.
Boyukmillet.com xəbər verir ki, Ersin Tatar Kıbrıs məsələsi ilə bağlı Kıbrıs türk tərəfinin fikirlərini bölüşüb və rum tərəfinin güc və sərvəti Kıbrıs türkləri ilə bölüşmək istəməməsi səbəbindən yalnız suveren bərabərlik əsasında iki dövlətli anlaşmanın real və praktiki olacağını vurğulayıb.
Tatar Lilliyə vəzifədə olduğu müddətdə göstərdiyi səylərə görə təşəkkür edib və Lilli ilk vəzifəyə gəldiyi zaman qarant ölkələrdən biri olan Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) üzvü olduğunu bildirib. Bununla belə, o, bu gün Aİ-ni tərk edən Böyük Britaniyanın Brexitdən sonra Kıbrıs türk tərəfinə tətbiq etdiyi təcridlərlə bağlı daha ədalətli davrana biləcəyini düşündüklərini söyləyib.
Ersin Tatar Kıbrıs türklərinin istehsal etdikləri məhsulları birbaşa adada satmaları üçün imkanların ola biləcəyini ifadə edib.
Tatar Kıbrısda davamlı sülh və sabitliyə aparan yolun adanın ortaq sahiblərindən biri olan Kıbrıs türklərinin hüququ olan suveren bərabərlik və eyni beynəlxalq statusa əsaslanan rəsmi danışıqlardan keçdiyini vurğulayıb. O, iki dövlətin əməkdaşlığına əsaslanan sazişin ədalətli və real olacağını bildirib.