Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ersin Tatar Şimali Kiprin müstəqilliyinin tanınmamasının səbəbini açıqlayıb

“Şimali Kipr Türk Respublikasının tanınması ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı bir gözləntim yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən deyib.

“Siyasi baxımdan problem olduğuna görə bizi tanımırlar. Bizim bir az səbrli olmağımız lazımdır. Bizim çox ağıllı insanlarımız var. Öz dövlətimizi gücləndirmək üçün əlimizdən gələni etməkdəyik. Tanınma isə sonra gələcək. Mən Azərbaycan xalqının sevgisini qazanmaq üçün qardaş ölkəyə gəlmək istəyirəm. Mən xalqın seçilmiş bir lideriyəm”, – o bildirib.

Check Also

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …