Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ersin Tatar ŞKTR-də prezident seçkilərində qalib gələn rəqibini təbrik edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) hazırkı prezidenti və bu posta yenidən namizəd olmuş Ersin Tatar keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə qalib gələn rəqibi Tufan Erhürmanı təbrik edib.

Boyukmillet.com xəbər verir ki, E. Tatar bu barədə BRT televiziyasına açıqlamasında danışıb.

O, seçkilərin demokratik şəraitdə keçdiyini bildirərək özünə səs verən vətəndaşlara təşəkkür edib.

“Tufan bəyi də təbrik edirəm”, – ŞKTR Prezidenti deyib.

“Yeni hökumətin Kipr məsələsində necə bir yol izləyəcəyini hamılıqla görəcəyik”, – E. Tatar bildirib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır. T. Erhürman seçkinin ilkin nəticələri bəlli olduqdan sonra partiya sədrliyindən istefa verdiyini açıqlayıb. O bu addımını “bütün Kipr xalqının prezidenti olacağı” ilə açıqlayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …