Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ilk Baş naziri olan mərhum dövlət xadimi Mustafa Çağatay ölümünün 32-ci ildönümündə məzarı başında yad edilib.
Boyukmillet.comxəbər verir ki, Karaoğlanoğlu qəbiristanlığında keçirilən anma mərasimində çıxış edən Prezident Ersin Tatar “Tarixi həqiqətləri qarışdırmayın” deyərək, yunanlara səslənib.
Ersin Tatar yunan Kiprinin prezidenti Nikos Anastasiadisin “EOKA qurtuluş döyüşçüləri və qəhrəmanlarının təşkilatı, əsas terror təşkilatı TMT idi” ifadələrini tənqid edərək, “Baş verənləri unutmadıq, unutmayacağıq. Çağatay kimi insanların səylərini və xidmətlərini taclandırmaq üçün suverenliyimizi qorumalıyıq, Kipr Türk xalqı bu torpaqlarda var və olacaqdır”, deyib:
Yunanların uzlaşmazlığı səbəbindən Cenevrəyə Kiprdə suveren bərabərliyə söykənən yan-yana yaşayan iki dövlətin işbirliyini müdafiə edəcəklərini qeyd edən Ersin Tatar tərəflərə mövqelərini Türkiyənin də dəstəyi ilə anladacqalrını deyib:
“Bir razılaşma olacaqsa, artıq danışıqlar masalarında keçmişdən aldığımız dərsləri diqqətlə qurğuladıqdan və onlara əhəmiyyət verdikdən sonra bunun olacağını dünyaya elan edirik”.