Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ersin Tatardan BMT Baş katibinə və tərəflərə 6 maddəlik TƏKLİF

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar BMT Baş katibi Antonio Guterresə və tərəflərə bir sənəd və sonunda 6 əsas elementi əhatə edəcək təklif verib.

Boyukmilet.com xəbər verir ki, Tatarın BMT-yə təklifində iki tərəfin Kiprdə bərabər suverenliyi ilə, BMT-nin himayəsi altında nəticəyə hesablanmış və təqvimi bəlli olan müzakirələrə başlanıla biləcəyi ifadə edilib.

Ersin Tatarın təklifində, “Bu müzakirələr sonucunda varılacaq hər hansı bir anlaşma, iki dövlətdə eyni olaraq bərabər zamanlı referendumlarda təklifə təqdim ediləcəkdir”, ibarəsi də yer alıb. “Kiprli Türk təklifinin özü, Kipr Türk xalqına xas olan suveren bərabərliyin və bərabər beynəlxalq statusun tanınmasıdır və bu şəkildə adadakı mövcud iki dövlət arasında əməkdaşlıq əlaqələri qurula bilər” ifadəsi ilə başlayan təklifdə “Bu, həqiqi və davam etdirilə bilən bir həllə doğru sonuca hesablanmış və bəlli bir zaman müddətini əhatə edən müzakirələrin yolunu açacaqdır”, ifadəsi qeyd edilir.

Mətndə Kipr Türklərinin bir gecədə deyil, on illərlə sürən uzun, çətin və uğursuzluqla nəticələnən müzakirələrin sonunda bu nöqtəyə gəldiyi, iki toplumlu, iki kəsimli federal həll modelinin bütün ölçülərinin tükəndiyi vurğulanıb. 

Sənəddə qeyd edilir ki, bu uğursuzluğun əsas səbəbləri Yunanıstan və Kipr yunanlarının Kipri ​​Helenizmin bir parçası olaraq görmələri, 1960-cı il sazişlərinin pozulması, tərəfdaşlığın qəsb edilməsi və davam edən işğalın yaratdığı tərəflərin qeyri-bərabər statusu idi. 

Təklifdə Kipr Türk tərəfinin 1960-cı il razılaşmalarının tərəfi olduğunu və Kipr Cumhuriyyətinin qurucu ortağı olduğunu xatırladaraq, deyilir ki, dövlətin bütün xüsusiyyətlərinə sahib olan Kipr Türk tərəfinin yunan tərəfinin hazırda sahib olduğu və istifadə etdiyi eyni hüquq və statusa sahibdir. 

Prezident Tatar tərəfindən təqdim olunan təklifdəki 6 maddə aşağıdakı kimi sıralanıb: 
1. Kipr Türk tərəfi rəsmi olaraq bərabər statusun və suveren bərabərliyin təsdiqlənməsini və BMT Baş Katibi Guterres-in təşəbbüs göstərməsini və məsələni BMT Təhlükəsizlik Şurasına təqdim etməsini rəsmən istədi. Bu istiqamətdə ortaya çıxacaq yeni BMT qətnaməsi ilə adadakı mövcud iki dövlət arasında əməkdaşlıq modelinin formalaşmasına zəmin hazırlayacaqdır. 
2. İki tərəf arasında bərabər beynəlxalq statusun və suveren bərabərliyin təmin edilməsindən sonra tərəflər, BMT Baş katibinin müşahidəsi ilə nəticələrə yönəlmiş, vaxt məhdudiyyəti və yeni əsaslarla, sərbəst və ümumi qəbul ilə əməkdaşlıq müqaviləsi bağlaya bilərlər. 
3. Tərəflər arasındakı danışıqlar perspektivli əməkdaşlığa əsaslanacaq və daşınmaz əmlak, təhlükəsizlik, sərhəd tənzimləmələri və Aİ ilə münasibətlərə toxunacaqdır. 
4. Danışıqlar Türkiyə, Yunanıstan və İngiltərə tərəfindən dəstəklənəcək və AB-nin müşahidəçi olması uyğun olacaq. 
5. İki tərəf arasındakı razılaşmaya əsasən, iki dövlət bir-birini qarşılıqlı tanıyacaq və zamin dövlətlər bunu dəstəkləyəcəkdir. 
6. Bu danışıqların nəticəsi olaraq əldə ediləcək bir razılaşma eyni anda və ayrıca olaraq keçiriləcək bir referendumda iki dövlətə təqdim ediləcək.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …