Cümə , 6 Mart 2026
Drone Cameras

Eşitmədə çətinliyi olanlar üçün teledərslər yayımlanacaq

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.

Nazirlikdən verilən məlumata görə, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar.

Dərslər səs, daktil, mimika və jestlər əsasında hazırlanıb. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …