Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, deputatlığa namizəd bu dairədən olan seçiciləriylə görüşərək onların problemlərini dinləyib və onların həlli istiqamətində danışıb.

Namizəd həmçinin seçki platformasını və şüarını da açıqlayıb.

Daha sonra o, seçiciləri 1 sentyabr – Növbədənkənar Parlament seçkilərində aktiv iştirak etməyə və səs verməyə çağırıb.

Deputatlığa namizəd Cahandar Bayoğlu görüşün sonunda AZXEBER.COM-a müsahibə verib.

Həmin videomüsahibəni təqdim edirik:
https://www.youtube.com/embed/T972o_ebaxs“Millətin səsi, Turan ailəsi”

– Cahandar bəy, Parlament seçkilərində seçki platformanız və şüarınız nədir?

– Biz bu gün seçicilərin uzlaşdığı bölgədəyik. Həm Alatava 1, həm də Alatava 2 sakinləri bu parka gəlir, dincəlir. Bizim bu ərazilərdən yalnız bir məhəllə qalıb ki, onların da sakinləri ilə görüşəcəyik. Bu məhəlləni də gəzib bitirsək, bütün seçicilərdə görüşlərimiz yekunlaşacaq. Bizim şüarımız böyük mənada, siyasi anlayışda “millətin səsi, Turan ailəsi”dir. Hər kəs bilir ki, biz nə istəyirik. Hansı məqsədlərlə yola çıxmışıq. İç siyasətdə də müraciətimiz “milli iradə dövlət ağlığı”dır. Bu şüar siyasi baxımdan Azərbaycanda yenilikdir. Biz hesab edirik ki, bu gün Azərbaycanı təmsil edən adamlar millətin seçdiyi adamlar olmalı və bu da dövlətə zidd olmamalıdır. Adamlar var ki, əvvəlcə xalq seçir, sonra dövlətə tərs əməllər törədir, çevriliş etmək eşqinə düşür. Buna görə də biz Azərbaycan siyasətində dəyişiklik etmək istəyirik”.

“Ev-ev, əl-ələ”

– Seçki kampaniyanız necə gedir?

– Seçki kampaniyamı da “ev-ev, əl-ələ” şüarıyla aparıram. Hər evə gedib çata bilməsəm də çalışıram ki, maksimum hər ev, məhəllə gəzərək istəyirəm ki, hamı orada olduğumu bilsin. Mən hamıyla üzbəüz görüşdüyüm üçün düşünürəm ki, onlara yaxın məhz mənəm. Bu da mənə fərqli dünyagörüş formalaşdırır. Seçicilərimə güvənim daha çox artır. Mən artıq çalışıram milli gücü siyasi iradəyə çevirim. Onların sözünü hər yerdə səsləndirim. Gələcəkdə də çalışacam ki, bunu Parlamentdə dilə gətirim. Parlamentdə deputat necə olmalıdır, bunu millətə təqdim edəcəm. Düşünürəm ki, mən təmsil olunacam və orada xeyli deputat dəyişəcəm. 30-40 deputata təsir edəcəm. Çünki insanlar gərək bu cür deputat görüb danışsın. Bu təəssüratı yaratmağa çalışıram.

– Deputat seçildikdən sonrakı hədəfləriniz nədir?

– Hədəfim güclü Azərbaycan xalqının nümayəndəsi olmaqdır. Millətimin yanında güclü şəkildə dayanacam ki, gələcəkdə millətimiz yalnız bölgədə rəqabətdə olmasın. Rəqabətimiz heç yer kürəsində də məhdudlaşmasın. Təhsilimiz və insanlarımızın iqtisadiyyatı, maddi durumu o qədər yüksək olmalıdır ki, həmin imkanları övladlarına verə bilsinlər. Dövlət də həmin övladlara sahib çıxsın. Beləliklə, dövlət və xalq qaynayıb-qarışsın. Dövlət millətə, millət də dövlətinə güvənməlidir. Bu düşüncə Azərbaycanı dünyanın zirvəsinə daşıyacaq. Təbii ki, ölkəmizin qlobal problemləri də var. Yaxın gələcəkdə təkcə Şimali Qafqaz xalqlarının iqtisadı, mədəni, ideoloji və siyasi gücü Azərbaycandan keçəcək, eyni zamanda Türk dövlətləri arasında Azərbaycanın öncüllüyü artıq hiss olunur. Azərbaycan müstəqil, qalib bir ölkə kimi Türk dövlətləri arasında bir nümunəyə çevrilib.

Bununla yanaşı, dünən Azərbaycanla hərb dilində danışan ölkələr bu gün geri çəkilib. Buna bariz nümunə İrandır. Artıq bir il bundan öncəki İran qarşımızda yoxdur. Bundan əlavə, İranın yeni seçilən prezidenti Məsud Pezeşkian ilk səfərini Bakıya etməsiylə bağlı açıqlama verib. Bu açıqlama heç kimi gözləmədiyi bir münasibətdir. Dünənə qədər səfirliyimizə hücum edir və siyasi manipulyasiyalarla yadda qalırdılar, o cümlədən sərhəddə qoşun yeridirdilər. Lakin bu gün həmin enerji, güc bitib. Orada bizə yaxın düşüncələr, fikirlər yaranıb. Biz çalışırıq ki, qurucu dövlət olaq, dağıdıcı və yaxud qəsbkar ölkə olmayaq. Etnik baxımdan olmasa da Azərbaycanda talışlar var ki, onların 1 milyona yaxını İranda yaşayır. Biz onların da talehini düşünürük. Onların Suriya, İraqda və Fələstindəki kimi qaçqın vəziyyətinə düşməsini istəmirik. Biz buna əminik ki, bu gün İran adının sabah Azərbaycan olma ehtimalı var. Biz buna da hazırlaşırıq. Bütün bunların reallaşması üçün də Azərbaycan cəmiyyətində bu fikirləri düşünən insanların söz sahibi olmasının zamanıdır. Azərbaycan nazirləri bu bilgilərin içində olmasalar da onların daşıyıcıları halına çevrilməlidir. Bir sözlə, dövlət bu fikir və ideyalarla qurulmalıdır.

– Sizin digər namizədlərdən fərqləndirən cəhətləriniz hansıdır?

– Bu işdə mən məsul şəxs özümü görürəm. Mənim bütün namizədlərdən də fərqim budur. Millətə yaxınlığım, onlardan biri olmağım, həyati düşüncəm və bütün davranışlarım, eyni zamanda dövlət anlayışım hesab edirəm ki, ölkədə bunu mükəmməl dərk edirəm azsaylı adamlardan biriyəm”.

AZXEBER.COM

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …