Şənbə , 18 Aprel 2026
Drone Cameras

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib

Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.

Check Also

AQC qiymətləndiricilərin hüquqlarını pozan hallara qarşı mübarizə aparacaq

“AQC tərkibində Azərbaycan Qiymətləndiricilər Palatasının problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi departament yaradılacaq.” Bunu …