Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Estoniya XİN: Rusiya səfirliyinin əməkdaşı konstitusiya quruluşunu pozmağa görə ölkədən çıxarılır

Estoniyanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiyanın Tallindəki səfirliyinin birinci katibi Dmitri Prilepini “persona non qrata” elan edib və diplomatın ölkəni tərk etməsini tələb edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ERR portalı Estoniya XİN-in məlumatına istinadən bildirib.

Qərar rəsmi nota ilə birlikdə Rusiyanın müvəqqəti işlər vəkilinə təqdim edilib.

XİN-in məlumatına görə, rusiyalı diplomat birbaşa və fəal şəkildə Estoniyanın konstitusiya quruluşunu və hüquq sistemini pozmaqla məşğul olub, cəmiyyətdə parçalanmaya şərait yaradıb, dövlətə qarşı cinayətlərin törədilməsində və sanksiya rejiminin pozulmasında iştirak edib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …