Çərşənbə axşamı , 2 İyul 2024
Drone Cameras

Etibar Məmmədov 15 may hadisələrindən danışdı: ”Ayaz Mütəllibov ölkədən qaçandan sonra…” – ÖZƏL

1992-ci il 14-15 may hadisələrindən 26 il ötür. Xatırladaq ki, həmin ilin martın 6-da prezident vəzifəsindən istefa verən Ayaz Mütəllibov 1992-ci il mayın 14-də qəfil geri qayıdaraq Ali Sovetin tribunasından hakimiyyətə döndüyünü elan etmişdi.  

Azərbaycan Xalq Cəbhəsi başqa olmaqla müxalifət və xalqın ciddi müqavimətindən sonra Ayaq Mütəllibov ölkədən qaçaraq, Moskvaya mühacirət etmişdi. Baş vermiş həmin hadisələrə bir daha aydınlıq gətirmək üçün hakimiyyət uğrunda mübarizə aparan hər iki siyasi düşərgənin nümayəndələrinin münasibətini öyrəndik. Sözügedən hadisələrə görə ittiham olunan Ayaz Mütəllibov Cebhe.info-ya açıqlamasında birbaşa müxalifət qüvvələrini qınayıb: “Müxalifət adlandırılan qüvvələrin səyləri ilə dövlət çevrilişi olub və nəticəsi də göz qabağındadır. O zaman hakimiyyət uğrunda müxalifət mübarizə aparırdı və mən də o mübarizənin qurbanı oldum”, – eks-prezident belə deyib. 

O dövrdən indiyədək 15 may hadisələrinə münasibət birmənalı olmayıb. Məlum hadisələr ya xalq inqilabı, ya postsovet məkanında ilk “məxməri inqilab”, ya da dövlət çevrilişi kimi qiymətləndirilib. 15 may hadisələrinin əsas iştirakçılarından biri də AMİP sədri Etibar Məmmədov olub. 

Etibar Məmmədov Cebhe.info-ya bildirib ki, hər iki gün, yəni həm 14, həm də 15 may dövlət çevrilişi idi: “Ayaz Mütəllibovun 14 mayda hakimiyyətə gəlməsi konstitusiyaya uyğun deyildi. Eləcə də 15 may tarixində ölkədən qaçandan sonra hakimiyyətin ələ keçirilməsi konstitusiyaya uyğun deyildi. Konstitusiya ortalıqda qalmışdı. Kim güclü idisə, o da hakimiyyəti ələ keçirirdi. Belə bir proses gedirdi. Əgər sonra qanunuləşdirilsəydi, yeni konstitusiya tezliklə qəbul olunsaydı, məsələ yoluna düşərdi. Təssüf ki, o da olmadı”.

Ayaz Mütəllibova qarşı cinayət işinin qaldırılması və sonradan ləğv olunması qərarına gəlincə, Etibar Məmmədov qeyd edib ki, bu, humanistlik kimi qəbul oluna bilər: “Ancaq onun əməllərində vəzifəsini yerinə yetirməmək, qanun pozuntusu və başqa xarakterli tərkib var idi”.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir