Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir.

Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələri üçün beynəlxalq təşkilatlar və xarici ölkələrlə daim əlaqələr yaradılır:

“Qərbi Azərbaycan İcmasının daimi əlaqə cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi çağırışlarımıza hələ də cavab verməyib. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət daim diqqət mərkəzindədir. Müraciətlərimiz BMT-nin ali orqanlarının – Baş Assambleyasının, Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi də yayılıb”.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …