Şənbə , 4 May 2024
Drone Cameras

Fərid Cəlalov: Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq

Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq.

Boyukmillet.com xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət “Murov Az Terminal”ın baş məşqçisi Fərid Cəlalov Azərbaycan çempionatının finalında “Azərreyl”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis rəqibin hücumda və müdafiədə yaxşı oynadığını bildirib: “Təəssüf ki, sonadək mübarizə aparsaq da, alınmadı. Heyətdə olan bəzi oyunçular üçün bu cür atmosfer yeni idi. Sonluq bizi məyus etdi”.

O, Azərbaycan voleybolunda bu cür atmosferi gördüyü üçün xoşbəxt olduğunu söyləyib: “Əsl voleybol həyəcanına şahidlik etdik. Bunu həm meydanda, həm də tribunalarda gördük. Ümid edirəm ki, gənc oyunçular belə matçlarda daha çox təcrübə toplayacaq”.

Check Also

Aygül Abdullayeva Estoniyada keçirilən Prezident Kubokunun ən yaxşı hakimi seçilib

Azərbaycanlı hakim Aygül Abdullayeva Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Prezident Kubokunda mükafata layiq görülüb. …