Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Fərid Mansurov: “Təşkilatçıların olimpiadanı yoluxmaya görə ləğv etmək hüququ var”

“Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi Təşkilat Komitəsinin verə biləcəyi qərardır”.

Boyukmillet.com xəbər verir ki, bunu Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov deyib.

O bildirib ki, koronavirusa yoluxma artacağı təqdirdə Təşkilat Komitəsinin belə qərar vermək hüququ var: “Hələ ki, oyunların təxirə salınması ilə bağlı rəsmi olaraq bizə heç nə deyilməyib. Olimpiya kəndində həyat gündəlik normasında davam edir. Azərbaycanın olimpiya komandasının üzvləri məşqlərini davam etdirir və yarışa hazırlaşırlar. Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …