“Bu gün bizim əsas hədəfimiz məcburi köçkünləri Qarabağda və azad edilən digər yerlərdə yerləşdirməkdir. Biz yeni mərhələyə qədəm qoyuruq. Son günlər Ermənistan tərəfindən də müsbət reaksiyalar verilir”.
Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.
“Ermənistan tərəfindən Azərbaycana vurulan maddi və mənəvi zərər haqqında biz daim danışmalıyıq. Təqdimatını etdiyimiz kitabda da bir çox vacib məsələlər öz əksini tapıb”, – o vurğulayıb.