Bazar , 23 Fevral 2025
Drone Cameras

Fəxrəddin Koca FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına gəlib.

Boyukmillet.com xəbər verir ki, nazir hospitallarda yaradılmış şəraitlə tanış olub.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fəxrəddin Qocaya yaradılmış şəraitlə bağlı məlumat verib.

Onlar hazırda hospitalda müayinə olunan xəstələrin son durumu ilə maraqlanıblar.

F.Koca tibb personalına gördükləri işlərə görə təşəkkür edib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …