Şənbə , 20 Aprel 2024
Drone Cameras

Fəxrini müdafiə edən Şahmar Hüseynovun cavabsız qoyduğu suallar.

Boyukmillet.com-un redaktoru Sima Babayevanın Amerikada yaşayan soydaşımısın şikayəti əsasında olan qeydlərini sizlərə təqdim edirik.

Bu yaxınlarda boyukmillet.com redaksiyasına Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yaşayan Haqverdiyev Vüqar Nağı oğlu adlı soydaşımızdan məktub daxil olmuşdu. Vüqar bəy digər bir Haqverdiyevdən Fəxri adlı dövlət məmurundan şikayət edirdi.

Edirdi deyəndə ki,elə indi də edir.

Bu barədə məqalədə https://boyukmillet.com/socar-in-idar%C9%99-r%C9%99isi-97-min-dollar-borcu-niy%C9%99-qaytarmir/ ətraflı məlumat vermişik.

Haqverdiyevlər arasındakı haqq-hesab həllini tapmır. Kimin haqlı, kimin haqsız olduğunu demək istəmirəm. Hər iki tərəfin mövqeyini saytda əks etdirməyə həmişə hazır olmuşuq. Bilməyənlərə bildirim ki,Vüqar Haqverdiyevin dediyinə görə Dövlət Neft Şirkətinin (SOCAR) Əli Əmirov adına Neft-Qazçıxarma İdarəsinin rəisi Fəxri Haqverdiyev müxtəlif vaxtlarda ondan 100 min dollardan çox pul borc alıb. 2018-ci ildə Fəxri bəy Vüqar bəyə o məbləğdən 3 min dollarını qaytarıb. Bir müddət sonra yenə 3 min dollar qaytaracağını desə də vədinə əməl etməyib, hətta NQÇİ rəisi Vüqar Haqverdiyevin özünü, ailəsini təhdid edib.

Biz qarşı tərəfin mövqeyini öyrənmək üçün Fəxri Haqverdiyevlə əlaqə saxladıq. Ona təklif etdim ki Vüqar bəylə ikiniz öz aranızda danışın, biz də söhbətinizə şahid olaq. Dedi ki danışmıram. Bundan sonra Fəxri Haqverdiyevin idarəsinin tabe olduğu “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynova zəng vurub danışdım. İşçisinin, struktur rəhbərinin adının maliyyə qalmaqalında hallanmasına münasibət bildirməyini istədim. Şahmar Hüseynov müəllim qısa və konkret şəkildə öz əməkdaşı Fəxri Haqverdiyevi müdafiə etdi. Hətda elə müdafiə etdi ki, artıq inandim ki, həqiqətən Fəxri Haqverdiyevin arxasında bu durub. Vüqar Haqverdiyevi hədda təhqir etdi. Nə deyirəm ki, daha da mehriban olsunlar. Amma məsləhət görərdim məsələyə belə sərt rəy verməsin. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Şahmar Hüseynov hərdən tabeçiliyindəkilərə hərtərəfli diqqət etsə, pis olmazdı.


Fəxri Haqverdiyev çox böyük imkanlara malikdir. Qoşa -qoşa maşınları, villaları, obyektləri var. Böyük sərvətlərə, villalara və s. sahibdir. “Utanmadan mənə deyir ki, heç kimə pul atmamışam. Get nə edirsən elə”.

V.Haqverdiyev deyir ki, Fəxri Haqverdiyev fəraridir və 1994-cü ildə vətənin müdafiəsindən qaçıb: “Özü də Qaradağ rayonu hərbi komisarlığından orduya çağırılıb. Barəsində axtarış elan edilib. Axırda bu adamı tapıb gətiriblər. Bu adam o vaxt konkret olaraq rüşvətlə canını qurtarıb. Məndən borc adı ilə aldığı pulları ora rüşvət verib. Beləliklə həm cəbhə bölgəsinə getməkdən yayınıb, həm də axtarışdan xilas olub. Daha sonra hərbi komendaturaya işə düzəlib və orada işlədiyi müddətdə vətəndaşlara hədə-qorxu gəlib. Bunların 5-ci kalondan heç bir fərqi yoxdur.

Obyektlərdən pul yığdığı üçün F.Haqverdiyev barəsində Hərbi Prokurorluqda cinayət işi açılıb. Bu zaman yenə də küllü miqdarda rüşvət verərək canını qurtarıb. O, pulların hamısını da guya biznes qurur deyə məndən borc adı ilə alıb. Bu günə qədər də qaytarmayıb.”

Vüqar Haqverdiyev: “Fəxri Haqverdiyev mənə dedi ki, sizin kimi tulaların sözü ilə heç kim məni işdən çıxardan deyil”.
Fəxri Haqverdiyevin bacisinin həyat yoldaşı bir zamanlar qanunsuz neft satışına görə işdən azad etmişdilər. Çox maraqlıdır maddə ilə işdən qovulan adam yenə iş başındadır. Bu sualları Şahmar Hüseynova verəndə suallarımdan yayındı. Yalnız özlərinə bəy tərifi edirdilər.

Məncə Şahmar Hüseynov rəy deməkdə tələsdi. Yəqin zəngim neftin fəvvarə vurduğu vaxta düşüb. Tələsik cavab verdi. Bir azca düşünüb danışsa yaxşı olardı.

Sima Babayeva

Check Also

Əfsanəvi “Eloğlu Yusif”…

“Eloğlu Yusif”—Kazımov Yusif Əli oğlu…(1924-1988) O, 1924-ci ildə Salyan rayonunda “naxırçı Əli”-nin ailəsində dünyaya göz …