Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Fəxri konsulluq Lebedinski ailə tipli uşaq evindəki ailəyə dəstək oldu

Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulu Əfqan Salmanov və Lebedinski merinin müavini Yelena Kireyeva Lebedino şəhərindəki ailə tipli uşaq evində olublar.

Boyukmillet.com xəbər verir ki, Elena Kireevanın sözlərinə görə, ailə tibli uşaq evində yaşayan ailənin, bir övladı ürək əməliyyatı keçirib, digəri isə şəkər xəstəsidir. Ümumilikdə bu ailənin 6 övladı var.

Fəxri Konsolluq tərəfindən ailənin məktəbli övladlarına dərs ləvazimatları verilib. Şəkər xəstəliyindən əziyyət çəkən və insulindən aslı olan uşaq isə yetkinlik yaşına çatana qədər Fəxri Konsulluğun dəstəyi ilə xüsusi sanatoriyada hər il reabilitasiya kursu keçəcək.

Ayna Fərhad

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …