Şənbə , 7 Mart 2026
Drone Cameras

Fahrettin Altun: “Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb”

“İkinci Qarabağ müharibəsi dövründə informasiya savaşında azərbaycanlı qardaşlarımızla birgə hərəkət etdik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə daim əlaqədə idik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb: “Azərbaycanın haqlı mübarizəsindəki tezislərinin beynəlxalq ictimaiyyətə çatmasını təmin etdik. Türkiyə-Azərbaycan ortaq media platforması bu müddət ərzində daha çox gündəmə gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev bu müddətdə bizə liderlik etdilər”.

Check Also

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə …