ABŞ-İran müharibəsinin başlanğıcından bəri Fars körfəzində 29 gəmiyə hücum edilib.
Boyukmillet.com xəbər verir ki, bu, Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) tərəfindən dərc edilən və 28 fevral – 8 iyun tarixlərini əhatə edən statistik hesabatdə əksini tapıb.
UKMTO bildirib ki, “Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində fəaliyyət göstərən gəmilərlə bağlı 54 hadisə barədə məlumat alıb”. Buraya 29 hücum, 23 şübhəli fəaliyyət və iki qaçırma daxildir.
Beləliklə, son bir ay ərzində hadisələrin sayı xeyli azalıb. Koordinasiya mərkəzinin oxşar statistikanı dərc etdiyi 5 maydan bəri dörd yeni hücum və beş şübhəli fəaliyyət hadisəsi qeydə alınıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, müharibənin başlanğıcından bəri 41 hadisə qeydə alınıb və nəticədə 11 dənizçi həlak olub, bir neçə nəfər ağır yaralanıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
