Çərşənbə axşamı , 9 İyun 2026
Drone Cameras

Zelenskidən Bakı və İrəvanla bağlı AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski Ermənistanda keçirilən parlament seçkilərindən sonra Mosvanın Cənubi Qafqaz və Şərqi Avropadakı geosiyasi mövqelərinin zəiflədiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibəsində bidirib.

Onun fikrincə, Rusiya tərəfi cəbhə xəttində effektivliyin paralel şəkildə azalması fonunda Azərbaycan, Ermənistan və Moldovadakı əvvəlki nüfuzunu itirməkdədir.

Ukrayna lideri vurğulayıb ki, Kremlin hazırkı xarici siyasət kursu ölkənin Avropa dövlətləri və ABŞ tərəfindən diplomatik təcrid olunmasına gətirib çıxarıb.

Zelenski həmçinin əlavə edib ki, müttəfiqlərin sayının kritik həddə qədər azalması və beynəlxalq əlaqələrin tənəzzülü qaçılmaz olaraq daxili fəsadlara yol açacaq.

Ukrayna liderinin sözlərinə görə, Rusiya daxilində ictimai rəyin transformasiyası yalnız zaman məsələsidir.

Rəsmi Kiyev gözləyir ki, Rusiya vətəndaşlarının ölkənin təcrid olunduğunu dərk etməsi, seçilmiş xarici siyasət vektorunun nə dərəcədə məqsədəuyğun olması barədə ölkə rəhbərliyinə və şəxsən Rusiya prezidenti Vladimir Putinə qarşı sistemli sualların yaranmasına səbəb olacaq.

Check Also

Ermənistan vətəndaşlığı alan Qarabağ ermənilərinin sayı bilindi

Bu ilin əvvəlindən Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçən şəxslərin Ermənistan Respublikası vətəndaşlığına qəbul üçün müraciətlərin …