Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fatma Yıldırım: Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi rəğbətlə və böyük hörmətlə qarşılanır


“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də dünya miqyasında olduqca yüksək qiymətləndirilir. Çünki onun Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti – gördüyü işlər və irəli sürdüyü təşəbbüslər Azərbaycanın inkişafına, milli maraqlarımızın qorunmasına, beynəlxalq müstəvidə sülhün, multikulturalizmin və tolerantlığın təbliğinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir. Bu səbəbdən Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi rəğbətlə və böyük hörmətlə qarşılanır”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ölkəmizin tərəqqisinə müstəsna töhfələr verir: “Birinci vitse-prezidentimizin sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, bəhs olunan sahələrdə mühüm nailiyyətlərin əldə olunmasında böyük əməyi var. Mehriban xanım Əliyevanın fəaliyyəti, həmçinin humanizm, xeyriyyəçilik və vətənpərvərlik prinsiplərinə əsaslanır. O, əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin, ahılların, kimsəsizlərin, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkənlərin problemlərinin həllinə xüsusi diqqət və həssas münasibət göstərir. Ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, insanların sağlamlığının qorunması və digər məsələlər də daim Birinci vitse-prezidentimizin diqqət mərkəzindədir”.

“Bunlarla yanaşı, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, xalqımızın mədəni irsinin qorunmasında və təbliğində xüsusi rol oynayır. Onun təşəbbüsləri Vətən müharibəsində qazandığımız tarixi qələbənin nəticələrinin möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bu baxımdan, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsini xüsusi vurğulamaq lazımdır”,-deyən F.Yıldırım əlavə edib ki, bütövlükdə, Mehriban xanım Əliyeva dünya miqyasında yüksək nüfuza malikdir.  

Mehriban xanım Əliyevanın çoxsaylı beynəlxalq mükafatlara layiq görüldüyün vurğulayan millət vəkili bildirib ki, yüksək təltiflər Mehriban xanım Əliyevanın fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirir. 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …