Bazar ertəsi , 20 May 2024
Drone Cameras

FHN rəsmisi: “Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib”

“Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib.”

Boyukmillet.com xəbər verir ki, bu sözləri media nümayəndələrinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yaranan güclü su axını kənd sakinlərinin təsərrüfatlarına ziyan vurub:

“Hadisə yerinə ağır texnikalar cəlb edilib. Tədbirlər nəticəsində suyun qarşısı alınıb. Qaraqoyunlu kəndində 160 təsərrüfat var. Haradasa 30-a yaxın ev subasmaya məruz qalmışdı. Çox şükürlər olsun ki, insanlar zərər çəkməyib. Subasmaya məruz qalan ərazidə xilasetmə işlər davam edir.

Hadisə baş verəndən dərhal sonra, suyun səviyyəsinin artacağı ehtimalı olduğu üçün əhaliyə öncədən xəbərdarlıq edilərək onların subasma ərazisində çıxması təmin edilib. Ərazidə qalan iki avtomobil isə su altından çıxarılıb. Sabah kənddə suyun vurduğu ziyanın araşdırılması aparılacaq”.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …