Şənbə , 28 Mart 2026
Drone Cameras

Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib

Finlandiya hökuməti bu gün keçirilən iclasda Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib.

Bu barədə Boyukmillet.com Rusiya KİV-ə istinadən xəbər verir.

Oktyabrın 20-də Rusiyanın Baş naziri Mixail Mişustin Finlandiya ilə 2024-cü il yanvarın 24-də qüvvəyə minəcək transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verilməsi haqqında sərəncam imzalayıb.

Finlandiya hökuməti oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını bəyan etmişdi.

Check Also

Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb

ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti …