Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Əflatun Amaşov: “Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”

Nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir: “Azərbaycan Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir”.

 Onun sözlərinə görə, mətbuatda da dil ilə bağlı nöqsanlar var: “Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda ədəbi dilin saflığının qorunması dövlət sənədlərində də öz əksini tapıb: “Biz çalışmalıyıq ki, öz dilimizi qoruyaq”.

Ə.Amaşov Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanların çox olduğunu diqqətə çatdırıb: “Şəxsən mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirən, burada nöqsanlar kifayət qədərdir”.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir