Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” (“Formula 1”) yarışları ilə əlaqədar 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən:
1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti – Y.Səfərov küçəsi ilə təşkil ediləcək;
10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, – Ş.Bədəlbəyli küçəsi – D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti – Y.Səfərov küç, ilə təşkil ediləcək;
5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;
88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küçəsi (28 May m.st) olmaqla hərəkəti D.Əliyeva küçəsi, – R.Behbudov küçəsi ilə təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küçəsi olmaqla Ş.Şamil küçəsi, Lermantov küçəsi, B.Sərdarov küçəsi ilə təşkil ediləcək;
53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küçəsi – Ş.Bədəlbəyli küçəsi – R.Behbudov küçəsi ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küçəsi, – Ə.Cavad küçəsi, – Azərbaycan prospekti ilə təşkil ediləcək;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küçəsi daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küçəsi, A.Şaiq küç, – Ş.Bədəlbəyli küçəsi – D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Neftçilər prospekti ilə təşkil ediləcək.
6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küçəsi