Bazar , 22 Dekabr 2024
Drone Cameras

Formula 1 pilotları Azərbaycan Qran Prisindən zövq alıblar

Çox sayda dayanmalara və qəzalara baxmayaraq, mən Azərbaycan Qran Prisindən böyük zövq aldım.

Trend-in məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull” komandasının pilotu Daniel Rikkardo press-konfranda deyib.

“Keçən ildən fərqli olaraq, bu il yarış çox həyəcanlandırıcı və hadisələrlə dolu keçdi. Çox sayda dayannmalar, yarışı vaxtından əvvəl tərk edənlər və qırmızı bayraq oldu. Lakin, bunlara baxmayaraq mən bu trasdan məmnunam. Biz əla həftə sonu keçirdik”, – Rikkardo deyib.

“Red Bull”un pilotunu onun həmkarlarıda dəstəkləyib.

“Yarış həyəvan dolu keçdi, amma bunun öz gözlliyi var. Keçən il Bakıda sakit yarış keçdi. Lakin, bu il yarış sürprizlərlə dolu idi”, – Valtteri Bottas deyib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olub.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir