Cümə , 26 Aprel 2024
Drone Cameras

DAK Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir

Azərbaycanda bu gün Ramazan bayramıdır.

İslamın 2 əsas bayramından biri olan Ramazan bir aylıq oruc ibadətinin sonunda qeyd olunur. Əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə Ramazan bayramı bu il iyunun 26-na təsadüf edir.

Sülh, sevgi və paylaşmaq bayramı sayılan Ramazan bayram namazı ilə başlayır. Həmin gün oruc tutmaq haram qəbul edilir. Müsəlmanlar oruc ibadətinin bitməsi ilə fitrə zəkatı çıxaraq, yoxsul müsəlmanlara dəstək olur.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir! Həmsədrlər bütün türk və müsəlman dünyasına əmin-amanlıq və sülh diləyir!

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir