Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Formula 1”: “Polisə Dəstək” İctimai Birliyi DİN əməkdaşlarına dəstək verir

“Polisə Dəstək” İctimai Birliyi aprelin 26-da start götürən “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına dəstək verirlər.

Birlikdən “Report”a verilən məlumata görə, paytaxt Bakıda artıq dördüncü dəfədir ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi keçirilir: “Əlbəttə, bundan əvvəl keçirilən üç yarışda Azərbaycan Qran-priyə ev sahibliyi zamanı üzərinə düşəni etdi. Bunu həm təhlükəsizlik, həm də yarışın təşkilində görmək mümkün idi. Bunu yarış barədə dünyanın bəzi kütləvi informasiya vasitələrində yer alan xəbərlərdə görmək olar. Təhlükəsizlik, əlbəttə ki, bu yarışda ən vacib məqamlarından birdir. Bunun üçün Azərbaycan polisi səfərbər olub desək, heç də yanılmarıq. Gücləndirilmiş iş rejiminə keçən Daxili İşlər Nazirliyinin əməkdaşları yarış trekinin yaxınlığında hərtərəfli təhlükəsizliyin, həm yarışa qatılan izləyicilərin, həm də nəqliyyatın intensiv hərəkətinin təminatçısıdır. Bu işdə polisimizə dəstək də var. İlk dəfə olaraq, “Polisə Dəstək” İctimai Biriyi DİN-əməkdaşlarının işinə yardımçı olmaq üçün öz könüllülərini “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin keçirildiyi əraziyə cəlb edib”.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib ki, beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi, bütün Azərbaycan vətəndaşları üçün qürur hissi ilə qarşılanmalıdır və qarşılanır da: “Həm də bu Qran-prinin keçirilməsi beynəlxalq aləmə bir daha sübut edir ki, Azərbaycanda sabitlik var, təmin olunur və davamlıdır. Bu təhlükəsizliyi təmin edən qurumların əməkdaşları kifayət qədər peşəkar və öz işinin təminatçısıdır. Biz də “Polisə Dəstək” İctimai Birliyi olaraq yarışa qatılan işitakçıların, burda həm əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdə var. Onların da təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin əməkdaşlarına dəstək oluruq. İlk dəfədir ki, bizim Birlik polisə bu yarışda dəstək olur. Düzdür, ölkəmizdə keçirilən bir çox mötəbər yarışlarda qurumun əməkdaşları öz vəzifə borclarını yerinə yetirib, polislə çiyin-çiyinə çalışıb. Amma “Formula 1-də” ilk dəfə olmağımızdan qürurluyuq”.

 

 
 
 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir