Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

“SƏLİS, yaxşı mənada, QHT-ləri heyrətləndirməyi bacardı” – Mahirə Əmirhüseynova

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə istifadəyə verilib.

“XXI əsrin qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirheseynova Avropa.info-a açıqlamasında deyib ki, Şuranın yeni brendi olan #SƏLİS yaxşı mənada #QHT-ləri heyrətləndirməyi bacardı.

“İllərdir QHT sektorunda böyük bir yol gəlirik. O yolun enişi də yoxuşu da hər kəsin gözünün qarşında olub. Şura yaranandan sonra milli QHT-lərin inkişafı üçün yeni üfüqlər açıldı. Daha sonra isə davamlı dəstək görməyə başladıq.Şura fəaliyyətimizi hər zaman dəstəklədi. Bu dəstəyin sərhədləri maliyyə ilə bitmir. Hər bir təşəbüsümüz incələnib, onların cəmiyyət üçün aktual olanlarının reallaşdırılması üçün köməklik göstərilib. Fəaliyyət imkanlarımızın artması, dövlət qurumlarıyla tərəfdaşlıq münasibətlərimizin inkişafı üçün Şura təsəvvür edilməyəcək qədər çox iş görüb. Vətəndaş Cəmiyyətində bir sözümüz bir imzamımız varsa bu #Şuranın dəstəyi sayəsindədir. İndi isə gəlmişik dövrun ən gözəl çağına. İndi SƏLİS-lə 10 saniyəyə bağlıdığımız müqavilə məni illər əvvələ qaytardı. Canlı növbələr, kağız daşıyıcılar, sənəd dövriyyəsi və sair.

Mən bu elektron tətbiqlərin, şəffaflığın ən yüksək həddə çatdırılmasının memarı Azay Quliyevə və Şura əməkdaşlarına təşəkkürümü bildirirəm.
Səlis bir brenddir. Sadə və gözəl işdir”, -deyə o qeyd edib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir