Şənbə , 18 May 2024
Drone Cameras

Fransa millisinin hücumçusu yeni rekorda imza atıb

Fransa millisinin futbolçusu Olivye Jiru yeni rekorda imza atıb.

Boyukmillet.com xəbər verir ki, hücumçu buna İrlandiyaya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə matçında nail olub.

Təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Jiru bunu 36 yaş 178-ci günündə bacarıb. O, əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.

Qeyd edək ki, Olivye Jiru yığmada 121 oyun keçirib və 53 qol vurub.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …