Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib

Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.

Check Also

Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. O, çıxışında Ermənistan–Azərbaycan münasibətləri, …