Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb

Fransa Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Xarici siyasət idarəsi qeyd edib ki, Rusiyanın START müqaviləsini pozmasından və Rusiyanın bu müqavilədə iştirakını dayandırmasından sonra Belarusla saziş özündə “Avropada silahlara nəzarət və strateji sabitliyin beynəlxalq arxitekturasının daha da aşınmasını” ehtiva edir.

“Fransa Rusiyanı nüvə silahına malik olan dövlətdən gözlənilən məsuliyyəti göstərməyə və bu sabitliyi pozan sazişdən (Belarusla nüvə silahının yerləşdirilməsi ilə haqqında – red.) çıxmağa çağırır”, – bəyanatda bildirilib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …