Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Fransa Senatının ermənipərəst qətnaməsinə qarşı petisiya üçün imza toplanır

Fransada yaşayan azərbaycanlılar baxılması üçün bu ölkənin parlamentinin yuxarı palatasına təklif edilmiş anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına petisiya üçün imza toplayır. İndi 32,5 mindən çox imza toplanıb ki, bu isə lazımi sayın yarısından çoxu deməkdir.

“Boyukmillet.com” xəbər verir ki, Senatın 6 üzvünün təklif etdiyi qətnamə özündə Azərbaycana qarşı ittihamları əks etdirir, həmçinin Fransa və digər Aİ ölkələrini Azərbaycandan qaz və neft idxalına embarqo tətbiq etməyə çağırır. Qətnamənin baxılması noyabrın 15-nə təyin edilib.”Təklif olunan qətnamə Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli baxışı əks etdirir. Müəlliflər münaqişənin yalnız bir tərəfinin – Ermənistan tərəfinin maraqlarını müdafiə edirlər. Sənəddə qarşı tərəfin – milyonlarla sadə azərbaycanlının verdiyi qurbanlara, itkilərə, ağrı-acılara məhəl qoyulmur. Günahkar tərəf kimi yalnız azərbaycanlılar təqdim edilir”, – müraciətin müəllifləri qeyd edirlər.Onların fikrincə, dünyada ən böyük erməni diasporalarından biri məhz Fransadadır. Eyni zamanda, bu Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb və münaqişə barədə tamamilə məlumatsızdır. Onların çoxunun Cənubi Qafqazda baş verənlər haqqında təsəvvürləri mətbuatda yayılan və əsasən erməni tərəfinin mövqeyini əks etdirən məlumatlar əsasında formalaşır.”Bəzi siyasətçilər bu hisslərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Nəticədə, Senatda belə qətnamə layihələri ortaya çıxır”, – onlar əlavə ediblər.

Check Also

Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Brüsselə qeyri-qanuni miqrant göndərməyə hazır olduğunu açıqlayan Macarıstanın …