Cümə , 30 Yanvar 2026
Drone Cameras

Fransa XİN başçısı 22 rusiyalıya qarşı yeni sanksiyaların təsdiqləndiyini açıqlayıb

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündə 22 rusiyalıya qarşı sanksiyaların təsdiqləndiyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün səhər Brüsseldə də altı rusiyalı hakimin və 16 rusiyalı fiziki şəxsin Avropa ərazisinə girişinə qadağa qoyulmasını, eləcə də onların aktivlərinin dondurulmasını təsdiq edirik”, – o deyib.

Barro həmçinin 7 Moldova vətəndaşına qarşı sanksiyalar tətbiq edildiyini də vurğulayıb. Amma nazir sözügedən sanksiyaların mahiyyətini açıqlamayıb.

O, həmçinin xatırladıb ki, bu gün Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi razılaşdırıla bilər.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …